ABŞ-ın vitse-prezidenti Ceyms Vens Tramp administrasiyasının “Tomahawk” raketlərini Ukraynaya verməyi nəzərdən keçirdiyini açıqlayıb.

O, bu barədə “Fox News” telekanalında açıqlama verib.

" Bu elə bir məsələdir ki, onunla bağlı yekun qərarı prezident Tramp verəcək. Bu barədə danışmağı prezidentə buraxaram. Amma bilirəm ki, hazırda bu mövzu ilə bağlı müzakirələr aparılır.", - Vens deyib.

O həmçinin vurğulayıb ki, Tramp bu məsələdə ABŞ-ın maraqlarına uyğun olaraq qərar qəbul edəcək.

.