“ABŞ hökuməti çox güman ki, demokratlarla fikir ayrılığı səbəbilə şatdaunla qarşı-qarşıya qalacaq”.

Bunu ABŞ-ın vitse-prezidenti Ceyms Vens deyib.

“Düşünürəm ki, hökuməti bağlayacağıq. Çünki demokratlar düzgün qərar qəbul etməyəcək”, - Vens ABŞ prezidenti Donald Trampın Ağ Evdə müxalifət liderləri ilə danışıqlarından sonra jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, oktyabrın 1-də ABŞ büdcəsiz yeni maliyyə ilinə başlayır. Konqres hökuməti qısa müddətə maliyyələşdirməyə davam etmək üçün ən azı müvəqqəti qətnamə qəbul edə bilməsə, federal agentliklər qeyri-müəyyən müddətə bağlanmaq təhlükəsi ilə üzləşirlər.

Onu da qeyd edək ki, ABŞ tarixində ən uzun bağlanma 35 gün davam edib və bu bağlanma Donald Trampın birinci prezidentliyi dövründə baş verib.

.