Velosiped və skuter ehtiyat hissələrinin idxal rüsumu 2028-ci ilə qədər sıfırlanıb
Nazirlər Kabinetindən bildirilib ki, Qərar yerli istehsalçıdan daxil olan müraciətlər nəzərə alınmaqla, velosiped və skuterin ölkə ərazisində sənaye yığımının təşviq edilməsi və dəstəklənməsi üçün idxal olunan velosiped və skuter ehtiyat hissələrinin idxal gömrük rüsumlarının optimallaşdırılması məqsədilə hazırlanıb.
Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarına uyğun olaraq velosiped və skuter ehtiyat hissələrinin idxalı üzrə əsasən 5 və 15 faiz rüsum dərəcəsində advalor gömrük rüsumu (bir ehtiyat hissəsi üzrə isə spesifik gömrük rüsumu) müəyyən olunmuşdur.
Qərara əsasən 31.12.2028-ci il tarixinədək olmaqla həmin ehtiyat hissələrinin sənaye (yığım) müəssisəsində sənaye yığımı məqsədilə idxalı üzrə gömrük rüsumu “0” faiz dərəcəsində müəyyən edilib.