Azərbaycan prezidenti İlham Əliyev "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 936-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
"Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 16-cı maddənin III hissəsində "prosessual qanunvericiliyi” sözləri "Cinayət-Prosessual Məcəlləsi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə, inzibati xətalar haqqında işlər üzrə icraatda müdafiəçi və ya nümayəndə qismində iştirakını istisna edən hallar isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi” sözləri ilə, 20-ci maddənin I hissəsinin birinci cümləsində isə "Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və” sözləri "İnzibati qaydada tutulmuş şəxslərə,” sözləri ilə əvəz edilib.
