Qafqaz Müsəlmanları İdarəsində Suriyaya gedən azərbaycanlılarla bağlı keçirilən iclasda İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay bu gün QMİ- də keçirilən iclada Şeyxə müraciət edib. Hacı Surxay çıxış zamanı bildirib ki, Aşurbəy məscidində bəzi hadisələr baş verir. Ora yüzlərlə insan axışır. Gözü yaşlı valideynlər övladlarının Suriyaya getməsində məscidi günahkar bilir. Onlar deyir ki, məscidlər bizə fəlakət gətirirsə, o zaman bizə lazım deyil. Şeyxə müraciət edərək bildirib ki, əgər bunun qarşısı alınmasa 2-3 aydan sonra Aşurbəy məscidində vətəndaş müharibəsi başlayacaq.
FaktXəbər-in məlumatına görə, Şeyx nədənsə məsələyə birbaşa münasibət bildirməkdən çəkinib. A.Paşazadə məscidlərin ibadət və inam yeri olduğu üçün bağlana bilməyəcəyini qeyd edib. Nəzərə alsaq ki, sözügedən məscidə toplaşanların demək olar ki, hamısı vəhhabilərdir bu zaman maraqlı bir məqam ortaya çıxır. Görəsən Şeyx bu cür həssas bir məqamda, özü də birbaşa vəhhabilərlə bağlı keçirdiyi iclasda niyə belə mövqe nümayiş etdirib?
A. Paşazadə məsələnin həlli istiqamətində inzibati metodu nəzərdən keçirəcəyini söyləyib: "Amma doğurdanda belə hallar baş verirsə, biz dövlət qarşısında onun bağlanması məsələsini qoya bilərik".
Qeyd edək ki, Şeyxin vəhhabilərlə bağlı keçirdiyi tədbirdə bu məsələyə sərt münasibət bildirməməsi təəccüb doğurub.
.
