“Xüsusi karantin rejimi qüvvədə olduğu müddətdə valideyn əyani dərsdən imtina ilə bağlı iltizam forması yazmalıdır”.

Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, çox spesiifk hallar olur ki, bütün sinif iltizam forması imzalayır, belə halda məktəb səviyyəsində həmin müəllimin bütün dərsləri virtual keçməsi barədə qərar verilə bilər. “Bu məsələ müəllimlə, valideynlə müzakirə olunaraq, hər bir tərəfin razılığı ilə qərar veriləcək”, - deyə V.Yaqublu əlavə edib.

TN: Summativ qiymətləndirmədə valideynin kömək etdiyi şagirdlər var

“Summativ qiymətləndirmə birinci yarımilin sonunda bir dəfə keçirildi”.

Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, internetə çıxışı olmayan, ümumiyyətlə, iştirak edə bilməyən şagirdlər üçün fevral ayı ərzində qiymətləndirmə keçiriləcək: “Bu ayın sonunda biləcəyik ki, nə qədər uşaq distant, nə qədəri əyani qiymətləndirmədən keçib. Valideynin kömək etdiyi şagirdlər var, bu isə akademik nadürüstlükdür, birgə öyrənmək çox effektlidir, qiymətləndirmə isə fərdidir. Bu, sistem kimi şagirdə də lazımdır ki, şagird özü də nə qədər bildiyini öyrənsin. Summativ qiymətləndirmənin qaneedici olub-olmadığı ayın sonunda bilinəcək”.

Təhsil Nazirliyi: Bağçalarda tədris hər gün olacaq

“Bağçalarda tədris hər gün olacaq, Bakıda, Sumqayıt Abşeronda və digər regionlarda hər gün uşaqlar bağçaya gedəcək”.

Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O qeyd edib ki, məktəbə gəlməyən şagirdlərlə bağlı vəziyyətdən, müəllimin dərs yükündən, şagirdlərin qrupundan asılı olaraq məktəb səviyyəsində qərar veriləcək.

Təhsil Nazirliyi: X-XI siniflərdə əyani dərslərin bərpası ilə bağlı vaxt müəyyən olunmayıb

"Bu gün epidemioloji vəziyyətin pisləşməsi fevralın 15-nə təsir etməyəcək, fevralın 24-nə təsir edə bilər".

Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, hələ ki, vəziyyət stabildir: "Ona görə də fevralın 8-də və 15-də dərslər açılacaq. X-XI siniflərlə bağlı vaxt müəyyən olunmayıb, amma mərhələ-mərhələ ona doğru da gedirik". 

.