Bakı şəhəri, Xəzər rayonu Mərdəkan-Buzovna avtomobil yolunun 6-cı km-də "VAZ” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı işıq dirəyinə çırpılması nəticəsində yol nəqliyyat qəzasının baş verib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu barədə FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə
məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1963-cü il təvəllüdlü Aslanov Elman Yaqub oğlunun cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 13:46-da başa çatıb.
.
