ABŞ Prezidenti Donald Tramp administrasiyasının cinayətlə mübarizə tədbirləri fonunda paytaxt Vaşinqtonda qeyri-qanuni mühacirlərin həbslərinin sayı 10 dəfədən çox artıb.

Bu barədə CNN məlumat yayıb.

Qeyd olunur ki, avqustun 7-dən federal hakimiyyət orqanları Kolumbiya dairəsində qanuni immiqrant statusu olmayan 300 nəfəri həbs edib. Bu, ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən ərazidə həyata keçirilən tipik həbslərin sayından on dəfə çoxdur.

Avqustun ortalarında Trampın göstərişi ilə Milli Qvardiyanın əsgərləri Vaşinqtona gəliblər. Onların missiyası təhlükəsizliyi təmin etmək və federal obyektləri qorumaq üçün hüquq-mühafizə orqanları ilə işləməkdir.

.