ABŞ və Cənubi Koreya prezidentlər Donald Tramp və Li Ce Men arasında keçirilən sammitdən sonra nüvə yanacağının emalını müzakirə etməyə razılaşıblar.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Cənubi Koreyanın xarici işlər naziri Ço Hen bildirib.

"Biz 26 atom elektrik stansiyasını istismar edirik, onlar üçün daim yanacaq alırıq. Biz onu emal etməyə və konsentratlardan öz yanacağımızı istehsal etməyə ehtiyac duyuruq", - Ç.Hen qeyd edib.

Onun sözlərinə görə, Cənubi Koreyanın ABŞ ilə əməkdaşlığı böyük əhəmiyyət kəsb edir. Mövcud nüvə sazişini dəyişdirmək və ya onun çərçivəsində hərəkət etmək üşün başqa yol tapmaq lazımdır. Bu kontekstdə müvafiq danışıqlara başlamaqla bağlı qərarın qəbul edilməsi xüsusilə vacibdir.

Prezidentlərin Ağ Evdə görüşü avqustun 25-də baş tutub.

.