Naxçıvan Muxtar Respublikasında yaşayan sakinlərdən ov tüfənglərinin yığılmasına start verilib. Bu barədə redaksiyamıza etibarlı mənbədən məlumat daxil olub. Məlumata görə, göstəriş birbaşa Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbova məxsusdur.
Artıq Naxçıvan sakinləri göstərişdən sonra sahib olduqları qanuni ov tüfənglərini yerli polis orqanarına təhvil verməyə başlayıb. Silahların yığılmasının səbəbi açıqlanmasa da, bunun ölkə başçısı İlham Əliyevin yaxın günlərdə Naxçıvana səfəri etməsi ilə əlaqəli olduğu bildirilir.
.
