Millimizin futbolçusu Vaqif Cavadov yeni klubu "Boluspor”da debut edib.
Türkiyə birinci divizionunun növbəti turuna hazırlaşan Bolu təmsilçisi U-21 komandası ilə yoxlama oyunu keçirib.
Görüş əsas komandanın 5:2 hesablı qələbəsi ilə başa çatıb. V.Cavadov start heyətdə meydana çıxıb və iki qol vurub.
Qeyd edək ki, Cavadov "Boluspor”a "Qaziantep BB”dən keçib. (qol.az)
.