Bir müddət əvvəl general Vaqif Axundovun sifarişilə həbs edilən Dövlət Xüsusi Mühafizə Xidmətinin (DXMX) əməkdaşı Asif Lətifova qarşı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərlyi tərəfindən amansız hərəkətlərə yol verilir. Bu barədə "Novoye Vremya” qəzetinə Asif Lətifovun anası Gülnaz Lətifova bildirib. Gülnaz Lətifovanın sözlərinə görə, oğlu Asif Lətifovun günahsız yerə həbs edildiyi barədə artıq beynəqlxalq təşkilatlar kifayət qədər məlumatlıdır və yaxın günlərdə həbsdə olan zabitlə bağlı Avropa İnsan Haqqları Məhkəməsinində məsələyə baxılması gözlənilir. Elə bu səbəbdən də Vaqif Axundov narahat olub və vəzifə səlahiyyətlərindən istifadə edib Asif Lətivofa cəza çəkdiyi müəssisədə problemlər yaradır: "Bir neçə aydır ki, öğlum Asif Lətifov ağır xəstədir, qızdırma içərisində yanır. Dəfələrlə oğlum 9 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinə onun müalicə alması ilə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi ilə bağlı müraciət edib. Lakin müəssisə rəhbərlyi buna məhəl qoymayıb. Dünən isə Asifi xəst olduğu halda heç bir səbəb olmadan "karsa” salıblar” – deyə Gülnaz Lətifova bildirib.
Qeyd edək ki, Asif Lətifov 17 il XDMX-nin "Betta" dəstəsində xidmət edib. Baş leytenant olan Asif Lətifov bu müddətdə dəfələrlə müxtəlif mükafatlarla təltif olunub. O, 2011-ci ilin martında Mülki Məcəllənin 156-cı (xidməti uyğunsuzluq) maddəsi ilə işdən çıxarılıb. Asif Lətifov bəyan edib ki, o, XDMX-nin rəhbəri general Vaqif Axundov qanunsuz əməllərinə etiraz etdiyinə görə hədəfə gəlib.
Asif Lətifov Cinayət Məcəlləsinin 228-ci (qanunsuz sialh-sursat saxlamaq) və 232-ci (səlahiyyət həddini aşmaq) maddələri ilə təqsirli bilinərək, 5,6 il müddətinə azadlıqdan məhrum edilib.
Beynəlxalq Hüquq Araşdırmaları Təşkilatı və digər Beynəlxalq Təşkilatlar Asif Lətifovu vicdan məhbusu kimi tanıyıb.
.