Sakit okeandakı Vanuatu Respublikasında güclü zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların gücü 7,3 bal olub.
Yenizaman.az-ın RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Port-Orli şəhərindən 46 km. şimal-şərqdə yerləşib.
Xəsarət alanlar və dağıntı barədə məlumat verilməyib. Sunami xəbərdarlığı elan edilməyib.
Vanuatu Respublikası ada dövlətidir və quru ərazisi 12 226 kv.km-dir. Paytaxtı Port-Villadır.
.