Hakimiyyət neft pulları gələndən heç vaxt seçkilərə belə ağır şəraitdə getməyib: manat alıcılıq qabiliyyətini itirir, qeyri-neft ixracı artmır. Dövlət büdcəsini azaltmaqdan başqa yol yoxdur.

İqtisadçı Rövşən Ağayev hesab edir ki, 2016-cı ildə bu ixtisar 10-15% də ola bilər, 25-30% də - bu, siyasi qərardan asılı olacaq.
Ölkəyə gələn pul kəskin azalır, gedən pul isə kəskin artır. Ölkənin onsuz da yaxşı olamayan başqa mühüm iqtisadi göstəriciləri - yerli istehsalın vəziyyəti, dünyaya çıxarılan qeyri-resurs məhsullarının həcmi azalır. Millli valyuta növbəti dəfə çox kəskin təzyiq altına düşüb, belə vəziyyətdə seçkiyə qədər ehtiyatların yenidən əriməsi sürətlənəcək.
«Fevral devalvasiyasında inzibati yollarla qiymət artımının qarşısını alan hökumət bu dəfə bunu bacarmayacaq, çünki biznesin dözüm limiti artıq xərclənib. Belə vəziyyətə əhalinin sosial durumu xeyli ağırlaşacaq”, deyə Rövşən Ağayev bildirir Bu, əhalinin sosial rifahın üçün yaxşı heç nə vəd etmir.
Mərkəzi Bankın məlumatına görə, təkcə iyulda onun valyuta ehtiyatları $18,7 mln azalıb. Fevral devalvasiyasından iyula kimi AMB-nin valyuta ehtiyatları $11 mlrd 4,4 mln-dan $8 mlrd 501,5 mln-a azalıb. Xatırladaq ki, 31 iyul 2014-cü il üçün AMB-nin valyuta ehtiyatları $15 mlrd 193.4 mln ekvivlenti olub. İllik kəsimdə AMB-nin valyuta ehtiyatları $6 mlrd 691,9 mln azalıb.
.