Tacikistan Prezidenti Emoməli Rəhmon ilk dəfə Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci sammiti çərçivəsində İran Prezidenti Məsud Pezeşkian ilə görüş keçirib.

Bu barədə Yenizaman Tacikistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, görüşdə ikitərəfli əməkdaşlığın cari məsələləri, həmçinin ECO sammitinin gündəliyi müzakirə olunub.

E.Rəhmon Tacikistanın İranla çoxtərəfli əlaqələrin daha da möhkəmləndirilməsi və genişləndirilməsinə sadiqliyini ifadə edib. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə dialoq aparılıb.

.