"BMT TŞ-nin qətnamələri və ATƏT-in Madrid prinsipləri 30 il ərzində Qarabağ münaqişəsinin həllinə yardım etmədi, bu münaqişə həllini tapmadı".

Bunu Latviyanın keçmiş Prezidenti Valdis Zatlers VIII Bakı Qlobal Forumu çərçivəsində "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" panelində çıxışında deyib.

O bildirib ki, bu münaqişənin həlli istiqamətində illər ərzində nəticə olmayıb. "Bunun bir uğursuzluq olduğunu etiraf etməliyik. Bu gün situasiya dəyişib, ərazilər Azərbaycanın qərarlı addımları ilə azad olunub. Artıq bu gün Qarabağ münaqişəsinin həlli müzakirə mövzusu deyil, əsas məsələ gələcəyə baxmaqdır. Biz düşünməliyik ki, regional və beynəlxalq liderlər regionda davamlı sülh və inkişafa nail ola bilmək üçün necə əməkdaşlıq edə bilərlər", - deyə Latviyanın sabiq prezidenti bildirib.

.