"Omikron" ştamının BA.5 altvariantı yayılmaqda davam edəcək və ayrı-ayrı ölkələrdə yoluxma dalğalarına səbəb olacaq”.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildirilib.

“Bu ilin may ayından etibarən yoluxma səviyyəsi artmağa başladı. Aprel ayından isə dünyada BA.5 altvariantına qeydə alınmış yoluxmanın payında artım müşahidə olunur. İyunun 12-18-də BA.5-ya yoluxma payı 43% təşkil edib. İyulun 1-nə olan məlumata görə, BA.5 artıq 70-dən çox ölkədə aşkar edilib. "Omikron" ştamının BA.5 altvariantı yayılmaqda davam edəcək və ayrı-ayrı ölkələrdə yoluxma dalğalarına səbəb olacaq”, - ÜST-dən deyilib.

Məlumata görə, BA.5-in yüksək transmissivliyi daha yüksək daxili artım sürəti və əlavə xüsusiyyətlərlə şərtlənir: “BA.4/BA.5-ün səbəb olduğu infeksiya dalğası gözləyirik. Ümumilikdə, bu virusun alttipləri haqqında məlumatın olmaması ÜST-nin bu virusu izləmək və ölkələrə ən yaxşı cavab tədbirləri barədə məsləhət vermək qabiliyyətini sual altında qoyur”.

.