Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Bu barədə Baş direktor "Twitter"də bildirib.

“Xarici işlər naziri Sergey Lavrovla Rusiyanın qlobal səhiyyə məsələlərində iştirakı, Ukraynada səhiyyənin vəziyyəti və ÜST-lə əməkdaşlıq barədə danışdıq. Mən Mariupol, Xerson, Zaporojyenin cənubu və digər mühasirəyə alınmış ərazilərə tibbi yardımın çatdırılması üçün təhlükəsiz giriş xahiş etdim. Mülki vətəndaşlar qorunmalıdır”, - ÜST-nin Baş direktoru qeyd edib.

.