Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin direktoru Hans Henri P. Klugen Azərbaycana səfər edəcək.

Onun səfər çərçivəsində səhiyyə naziri Teymur Musayevlə görüşü, Şamaxıda Avropa İmmunlaşdırma Həftəsi çərçivəsində keçirilən tədbirlərin aralıq qiymətləndirilməsinə dair iclasda iştirak etməsi,Şamaxı rayonu Göylər kəndində ilkin səhiyyə xidməti məntəqəsinə, səyyar klinikaya və immunlaşdırma stendinə səfəri və ÜST-nin Şamaxıdakı təlim mərkəzinə səfər və ilkin səhiyyə xidmətinin təkrar təşkili modeli ilə tanışlığı nəzərdə tutulub.

.