Rusiya Prezidenti Vladimir Putin bu gün vətəndaşlara müraciət edəcək.

Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putin bu gün Moskva vaxtı ilə saat 18:00-da Dövlət Dumasına qarşıdan gələn seçkilərlə bağlı rusiyalılara müraciət edəcək.

Qeyd edək ki, onlayn və ənənəvi qaydada keçirilməsi planlaşdırılan seçkilər 18, 19 və 20 sentyabr tarixlərində baş tutacaq.

.