Hazırda dünyada meymunçiçəyi virusuna 16 mindən çox yoluxma qeydə alınıb.

“Reuters“ xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu gün keçirilən brifinqində Baş direktor Tedros Adanom Qebreyesus deyib.

O bildirib ki, yoluxmalar dünyanın 75 ölkə və ərazisində qeydə alınıb, onlardan beşi ölümlə nəticələnib.

Virusun daha da yayılma ehtimalı nəzərə alınaraq ÜST rəhbəri səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə vəziyyət elan etmək qərarına gəlib.

Onun sözlərinə görə iyulun 21-də baş tutan ikinci görüşdə ÜST-ün fövqəladə komitəsi bu məsələ ilə bağlı konsensusa gələ bilməmişdi.
 

.