Ümumdünya Səhiyyə Təşkilatının son açıqlamasına görə, 58 ölkə quruma “Omicron” mutasiyasının aşkarlandığı haqda məlumat verib.

Təşkilat bu sayın artacağını gözləyir.

“Omicron”un bəzi xüsusiyyətləri, o cümlədən qlobal yayılması və mutasiyalarının çoxluğu bu ştamın pandemiyanın gedişatına ciddi təsir göstərəcəyi ehtimalı yaradır”, deyə baş direktor Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Cənubi Afrika Respublikasından daxil olan məlumatlar “Omicron”un “Delta”ya nisbətdə daha təhlükəsiz olduğunu göstərir.

Qebreyesus ölkələri testlərin sayını artırmağı çağırıb. “Yaxın günlər və həftələr “Omicron”un necə inkişaf edəcəyini göstərəcək. Ölkələr xəstəxanalar dolana qədər gözləyəcəksə, bu o deməkdir ki, biz artıq uduzmuşuq”, deyə təşkilat rəhbəri əlavə edib.

.