“Qvineyada bu yaxınlarda bir nəfərin ölümünə səbəb olan Marburq qızdırmasının yayılmasının qarşısını almaq olar”.

Bunu Sürix Universitetinin epidemiologiya üzrə professoru və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məsləhətçisi Robert Şteffen RİA Novosti-yə açıqlamasında bildirib.

Qeyd edək ki, daha əvvəl Marburq qızdırmasından ölüm faktını təsdiqləyən Qvineya səlahiyyətliləri bildiriblər ki, ÜST-ün bir qrup mütəxəssisi artıq ölkədə fəaliyyətə başlayıblar.

.