Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) keçən həftə Böyük Britaniyada aşkarlanan daha yoluxucu COVID-19 tipi barədə danışıb.

ÜST öz "Twitter" hesabında yeni SARS-CoV-2 koronavirus ştammını şərh edib.

Təşkilat bidirib: "Yeni tip COVID-19 ilə bağlı Böyük Britaniyanın rəsmi şəxsləri ilə sıx təmasdayıq. Məlumat, təhlil nəticələri və davam edən tədqiqatları bölüşməyə davam edəcəklər. Bu tip virusların xüsusiyyətləri və nəticələri barədə daha çox məlumat əldə etdikdə üzv-dövlətləri və ictimaiyyəti məlumatlandıracağıq".

.