Bakıda qətl törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, yanvarın 21-də Xətai rayonu ərazisində yaşayan Vüqar Qasımovun evində təmir işləri aparan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Babayev münaqişə zəminində ev sahibini bıçaqla qətlə yetirib.

E.Babayev könüllü olaraq 37-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub.

.