"Hazırda dövlət tərəfindən gətirilən pulsuz peyvəndlərin hazırlanmasında konservant kimi ağır metallar olan aliminiüm və civədən istifadə edilir. Peyvəndlərin tərkibindəki konservantlarının miqdarı Ümumdünya Səhiyyə Təşkilatının standartları ilə müqayisədə 25-30 dəfə çoxdur. Bir uşağa isə dünyaya gələndən müəyyən bir yaş həddinə qədər 3-4 dəfə peyvənd vurduğunu nəzərə alsaq, normadan 70-80 dəfə ağır metal qəbul etdiyini söyləyə bilərik.”
Bu sözləri FaktXeber.com-a Tibb Müəssisələrində İstehlakçı Hüquqlarının Müdafiəsi Komissiyasının sədri Əhməd Rəhmanov Səhiyyə Nazirliyinin göstərişi ilə uşaqlara vurulan pulsuz peyvəndlərlə bağlı açıqlama verərkən qeyd edib. Müsahib bildirdi ki, peyvəndin tərkibindəki ağır metallar orqanizmdə filtr rolunu oynayır: "Sözügedən peyvəndlərin tərkibindəki metal ağır olduğuna görə orqanizmdən xaric olmur. Normadan artıq olması isə bədəndə xüsusi bir qatın yaranmasına gətirib çıxarır. Nəticədə isə orqanizmdəki ziyanlı virusların bədəndən çıxmasının qarşısı alınır və həmin viruslar bədəndə inkişaf etməyə başlayır. Belə vəziyyətdə mədə və bağırsaq sisteminin sıradan çıxmasına şərait yaradır.”
"Bəs niyə görə peyvəndlə bağlı problemlər bütün uşaqlarda özünü göstərmir” – sualını da cavablandıran Əhməd bəy, "hər bir insanın orqanizmində və DNT-sində bütün xəstəliklərin çöpləri var. Peyvəndin tərkibindəki ağır metallar isə təkan rolunu oynayır”, - deyə bildirdi: "Ağır metallar insanın ən zəif nöqtələrində özünü daha çox göstərir. Autizm, göz çəpliyi, damarlarda qıc olma peyvəndin əmələ gətirəcəyi əsas problemlər sırasına daxildir. Bundan çıxış yolu isə özəl klinikaların peyvəndlərindən istifadə etməkdir. Ona görə ki, hər bir valideynin övladına vurulacaq peyvəndin tərkibi ilə bağlı məlumat almaq hüququ var. Özəl klinikalarda bu hüquqdan istifadə etmək mümkündür. Lakin dövlət müəssisələrində isə mümkün deyil.”
.