Bayram günlərində Bakıda təcili tibbi yardım stansiyalarına uşaqlarla bağlı təxminən 400-450 müraciət daxil olub. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından "anspress”ə verilən məlumata görə, bayram günlərində ümumilikdə 16 min 500-ə yaxın müraciət daxil olub.
Onlardan 2300-ü xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərin əksəriyyətinin insult, ürək-damar xəstəlikləri, doğuşla əlaqədar olduğu bildirilir. Həmin günlərdə uşaqlarda kəskin respirator xəstəliklərlə bağlı olan müraciətlərin sayı artıb: "Uşaqların xəstəlikləri epidemioloji xarakter daşımır. Adi günlərdə stansiyaya uşaqlarla bağlı 200-220 müraciət daxil olurdusa, bayram günlərində belə çağırışların sayı 400-450-ə catıb”.
Həkim Rasif Bağırov da son günlər təcili yardıma olan çağırışların sayının artdığını təsdiqləyir. Onun sözlərinə görə, hava şəraitilə əlaqədar əhalidə müşahidə olunan qrip, zökəm və soyuqdəymə halları, xəstəlik əlamətləri həddindən artıq artıb: "Bu da kontakt şəklində insanlar arasında yayılır. Insanlar arasında xaricdən gələn hansısa bir virus qorxusunun yaşanmasına isə ehtiyac yoxdur”.
.
