Rusiya nümayəndə heyəti İstanbulda Ukrayna ilə bağlı danışıqlarda çoxsaylı siyasi və texniki məsələləri müzakirə edəcək. Onun tərkibi bundan asılı olaraq müəyyən ediləcək.

Yenizaman Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov "Rossiya 1" telekanalına müsahibəsində bildirib.

"Nümayəndə heyəti siyasi və saysız-hesabsız texniki məsələləri müzakirə edəcək. Onun tərkibi bundan asılı olaraq müəyyən ediləcək", - o vurğulayıb.

.