Samux Rayon Prokurorluğu rayonda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatlarını açıqlayıb.
Prokurorluqdan AzNews.az-a verilən məlumata görə, Gülnarə Həsənova qısqanclıq zəminində qətlə yetirilib: "Gülnarə Həsənova evində öldürülüb. Qardaşı onlara gəlib, Gülnarənin uşağını həyətə çıxarıb. Sonra Gülnarənin boğazından çoxsaylı bıçaq zərbələri vurub. Qadın aldığı zərbələrdən elə oradaca ölüb. Gülnarənin qardaşı həbs olunub”.
Prokurorluqdan onu da əlavə ediblər ki, baş vermis qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.
Qeyd edək ki, iyunun 8-də Samuxda qətl hadisəsi baş verib. Hadisə Samuxun Hacallı kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Cavad Həsənov bacısı, 1986-cı il təvəllüdlü Gülnarə Həsənovanı boğaz nahiyəsindən bıçaqlayıb.
.
