Avropa İttifaqı liderləri Ukraynaya dəstək və bərpa məsələlərini müzakirə edib.
Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen “X” hesabında bildirib.
Ursula von der Leyen Avropa liderləri ilə Ukraynaya dəstək, ölkənin təhlükəsizliyi və yenidən qurulması məsələləri ətrafında müzakirələr aparıldığını vurğulayıb.
O qeyd edib ki, aparılan müzakirələr müsbət və məhsuldar olub.
“Nəticə etibarilə, azad Ukrayna dövlətinin çiçəklənməsinin əsas yolu onun Avropa İttifaqına qoşulmasından keçir”, - Leyen əlavə edib.
Eyni zamanda, AK Prezidenti Ukraynanın Aİ-yə üzvlüyünün mühüm təhlükəsizlik zəmanəti olduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, genişlənmə prosesi yalnız üzv olan ölkələr üçün deyil, ümumilikdə bütün Avropa üçün fayda verir.
Von der Leyen bildirib ki, ardıcıl genişlənmə dalğaları bunu aydın şəkildə sübut edir.
.
