“Biz Avropa İttifaqına üzvlüyə namizəd olan dostlarımızı bizə daha da yaxınlaşdırmalıyıq”.

Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen özünün “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Şərq və Qərbi Balkanlardakı qonşularımızın və tərəfdaşlarımızın Avropa perspektivlərini müzakirə etmək üçün Afinada olmaqdan şadam. Biz regionlarımız arasında maneələri aradan qaldırmağa davam edəcəyik”, - deyə o qeyd edib.

Qeyd edək ki, Afinada Maximos sarayında bir araya gələcək siyasətçilər regional məsələləri və Avropanın gələcəyini, Balkanlarda və Cənub-Şərqi Avropada enerji təhlükəsizliyini, Rusiyaya qarşı sanksiyaları müzakirə edəcəklər. Müzakirədə Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa Şurasının rəhbəri Şarl Mişel də iştirak edəcək.

.