Avropa həmişə Ukraynanın yanında olacaq, çünki Ukrayna Avropadır.

Bu barədə Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen "X"də yazıb.

O, Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edərək bildirib ki, Ukraynanın azadlığı Avropanın azadlığıdır:

"Sizin azadlığınız bizim azadlığımızdır. Sizin təhlükəsizliyiniz bizim təhlükəsizliyimizdir. İlk gündən sizinləyik və nə qədər lazımdırsa, bunu davam etdirəcəyik. Dostlarımıza qürurlu Müstəqillik Günü arzulayıram".

.