"Tərəflərlə, o cümlədən prezidentlərlə danışıqlar aparmağı planlaşdırırıq”

"ATƏT-in Minsk qrupunun həmsədrləri son həftələrdə Dağlıq Qarabağ regionunda baş verən gərginlikdən narahatdırlar”.
APA-nın məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Amerikanın səsi” radiosuna müsahibəsində deyib.
Son vaxtlar qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində baş vermiş zorakılıq hallarından ciddi narahatlıq keçirdiklərini qeyd edən diplomatın sözlərinə görə, son insidentlər və zorakılıq hallarının artması regionun bütün ölkələri üçün fəsad törədir: "Biz tez bir zamanda regiona səfər etmək, tərəflərlə, o cümlədən prezidentlərlə danışıqlar aparmağı planlaşdırırıq”.
.