Dövlət ittihamçısı Rusiyanın sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini və 500 milyon rubl cərimə edilməsini tələb edib.
Bu haqda "RİA-Novosti” agentliyi bildirib.
Ulyukayev 2 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunur. Bu maddə ilə maksimal cəza müddəti 15 il azadlıqdan məhrum edilmədir.
Dövlət ittihamçısı hesab edir ki, himayəsində həddi-buluğa çatmamış uşaqların olması sabiq nazirin cəzasını yumşaldır.
.
