Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Avrasiya İqtisadi İttifaqı (Aİİ) Müqaviləsinin dayandırılmasının Ermənistan üçün mümkün nəticələri barədə hesabat təqdim ediblər.

APA-nın Moskva bürosu xəbər verir ki, hesabatda Aİİ-də Avropa İttifaqına qoşulmaq səyləri fonunda Ermənistanın təşkilatdakı statusu ilə bağlı suallar doğurduğu qeyd olunub.

O da bildirilib ki, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı iştirakını dayandırmağı nəzərdən keçirmək hüququna malikdirlər.

Hesabata görə, Ermənistanın Aİİ-dəki üzvlüyü dayandırılarsa, Rusiyadan gələn pul köçürmələrinin yarısından çoxunu itirə bilər. Belə ki, köçürmələrin həcmi 2025-ci ildəki 3,88 milyard dollarla müqayisədə 1,8 milyard dollara düşəcək.

.