Ukraynanın yeni daxili işlər naziri müəyyənləşib.

TASS verdiyi xəbərə görə, “Xalqın xidmətçisi” fraksiyasının üzvü Denis Monastırskinin namizədliyi Ali Rada tərəfindən təsdiqlənib.

271 millət vəkilindən 226-sı onun namizədliyinin lehinə səs verib.

Qeyd edək ki, D. Monastırski daxili işlər naziri postunda Arsen Avakovu əvəzləyəcək.

.