Ukraynanın Silahlı Qüvvələrində kütləvi fərarilik halları artıb. Bu barədə yenizaman.az Rusiya mətbuatına istinadən xəbər verir ki, orduda xidmət edən hərbçilər kütləvi sürətdə hərbi hissələri tərk edirlər. Buna səbəb isə son günlər Ukrayna yeni hökümətinin ölkədə elan etdiyi səfərbərlik əmri olub. Elə bu səbəbdən də Ukraynanın Baş Baş Prokurorluğu Silahlı Qüvvələrdə xidmət edən hərbçilərə müraciət ünvanlayıb. Hərbi hissələrdə kütləvi fərariliyin qarşısını almaq üçün Baş Prokurorluq rəsmi internet səhifəsinə yerləşdirilən məlumatda bildirilir ki, silahlarını təhvil verən və postlarını tərk edən hərbçilər vətənə xəyanətdə ittiham ediləcəklər.
Prokurorluq zabit və əsgər heyətini Ukrayna xalqına sadiq qalmağa və ölkənin ərazi bütövlüyünü qorumağa da çağırıb. Bundan əlavə Krımın baş prokuroru Vyaçeslav Pavlova da məktub göndərilib. Məktubda ondan təxribata getməmək və Ukraynanın konstitusiyasına əməl etmək tələb olunub.
.