Ukraynanın sabiq daxili işlər naziri Yuriy Lutsenko dövlət çevrilişində ittiham olunub. Bu barədə Facebook sosial şəbəkəsində Yuriy Lutsenko özü yazıb. Keşmiş nazir barəsində 22 yanvar tarixində Kiyevdə keçirilən aksiyalar zamanı hakimiyyəti devirməyə yönəlik çıxışlar etmək ittihamı ilə cinayət işi açılıb.
Ukrayna hüquq-mühafizə orqanlarının ittihamı sübut edəcəyi təqdirdə Yuriy Lutsenkonu 5 il müddətinə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.
Bu arada Avropa Parlamenti Kiyevdə dinc nümayişçilərə qarşı zorakılıqda əli olan ukraynalı oliqarx və dövlət məmurlarına qarşı sanksiya tətbiq etməyə hazırlaşır.
.