Ukraynanın müdafiə naziri Oleksiy Reznikov gələn həftənin əvvəli istefa verəcək.

UNIAN xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak deyib.

O bildirib ki, Reznikovun yerinə Dövlət Əmlak Fondunun rəhbəri Rustem Umerov gətiriləcək, Böyük Britaniyadakı səfir postunu isə Reznikov tutacaq. Rustem Umerovun yerinə kimin təyin olunacağı hələlik məlum deyil.
Jeleznyakın sözlərinə görə, rotasiya sentyabrın ilk həftəsində baş tutmalıdır və bəzi səfirliklər bu qərarla bağlı artıq xəbərdar ediliblər.

.