Ukraynanın baş prokuroru Yuri Lutsenko ölkənin milli qəhrəmanı, deputat Nadejda Savçenko ilə bağlı Ali Radaya 3 təqdimat göndərib.
Bu barədə baş prokurorun mətbuat katibi Larisa Sarqan "Facebook”da yazıb. O bildirib ki, təqdimatlarda N. Savçenkonun cinayət məsuliyyətinə cəlb edilməsi, saxlanılması və həbsinə icazə verilməsi xahiş edilir.
Təqdimatdan əvvəl Y. Lutsenko Ali Radada çıxışında N. Savçenkoya qarşı istintaq tədbirləri görmək üçün deputatlara müraciət edəcəyini açıqlayıb. O deyib ki, N. Savçenko parlament zalında terror aktı həyata keçirməyi planlaşdırıb. Baş prokurorun sözlərinə görə, N. Savçenko əvvəlcə zala qumbaralar atmaq, daha sonra sağ qalan deputatlara avtomatla atəş açmağa hazırlaşırmış və bu barədə istintaqın əlində təkzibedilməz sübutlar var.
