Ukrayna – Gürcüstan – Azərbaycan – Qazaxıstan – Çin eksperimental konteyner qatarı artıq Azərbaycan ərazisindədir.
Bu barədə virtualaz.org saytına məlumatı "Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmədov verib.
Mənbənin sözlərinə görə, saat 05:30-da qatar Azərbaycan ərazisinə keçib, və təxminən 06:10-da Böyükkəsiyi keçib.
"Qatar artıq Gənsəni də keçib və təxminən saat 17-18 radələrində Ələtdə olacaq”, - N.Əzməmmədov belə deyib.
10 vaqondan və 20 ədəd 40-futluq konteynerdən ibarət qatar Azərbaycandan bərə yolu ilə Qazaxıstana yollanacaq.
.