Ukrayna Ali Radası Prezident Vladimir Zelenskinin təqdimatı əsasında Aleksey Reznikovu müdafiə naziri vəzifəsinə təyin edib.

RİA “Novosti” verdiyi xəbərə görə, A. Reznikovun namizədliyi 273 səslə dəstəklənib.

Qeyd edək ki, A. Reznikov daha əvvəl Baş nazirin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri olub.

.