Türkiyənin məşhur iş adamı Emir Cevdet Şaşmaz Ukraynada öldürülüb.
Onun cəsədi Kiyevin Xarkov-Melnikov yolunun üstündə, bir binanın arxasında, gediş-gəliş olmayan yerdə tapılıb. Şahidlərin bildirdiyinə görə, cəsəd boğazı kəsili halda və paltarsız olub.
Qeyd edək ki, Emir Cevdet Şaşmaz "İşte benim sitilim” məşhur moda proqramının iştirakçısı Nazlı Hamaratın həyat yoldaşıdır.
