"Ukraynada qan tökülməsi Kiyev və onun Qərbdən olan sponsorlarının təhriki ilə baş verir”.
Yenizaman.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Onlar başa düşməlidirlər ki, baş verənlərin məsuliyyəti məhz onların üzərinə düşür”, - deyə mətbuat katibi vurğulayıb.
Qeyd edək ki, mayın 2-də Odessada baş verən iğtişaşlarda 41 nəfər ölüb, 200 nəfər, o cümlədən 22 milis əməkdaşı xəsarət alıb. Faciəli olaylarla əlaqədar şəhərdə üç günlük matəm elan olunub.
.
