Ukraynada hökumət əleyhinə keçirilən aksiyalar idarəolunmaz vəziyyətə çatıb. Narazı kütlə aksiyalara "UDAR" partiyasının sədri Viltali Kliçkonun rəhbərliyi ilə başlasa da, artıq tanımış boksçu və deputatın sözü müxaliflərin boğazından keçmir.
Ukraynanın Ədliyyə Nazirliyinin binasını ələ keçirən "Obşeye delo" (Ümumi iş) hərəkatının nümayəndələri Vitali Kliçkonun səylərinə baxmayaraq hələ də dövlət idarəsini tərk etmirlər. "UDAR" partiyasının sədri isə mətbuata açıqlamasında deyib ki, narazı kütlə ilə danışıq aparsa da, onlar nazirlikdən çıxmağı düşünmür.
Vəziyyətin belə davam etməsi Ukraynada komendant saatının tətbiqi ilə nətcələnə bilər. Bu isə istənilən aksiya və nümayişlərin qadağan ilə nəticələnəcək. Həmçinin şəhərə nəzarəti artıq hərbçilər öz üzərinə götürəcək.
.
