Ukraynanın Daxili İşlər Nazirliyi Qruşevsk küçəsində polis əməkdaşlarının məruz qaldığı hücumla bağlı video-rolik yayıb. Görüntülərdə ukraynalı gənclərin polislərə molotof kokteyli atması öz əksini tapıb. Bir neçə hüquq mühafizə orqanı əməkdaşının ağır yanıq xəsarətləri alması isə açıq-aşkar görünüb.
Ukraynada hökumət əleyhinə yenidən aksiyaları gücləndirən müxalifət bu dəfə gözyaşardıcı qaz, molotof kokteyli, dəyənək, katapult və silahdan istifadə edib.
