
Oktyabrın 26-da Ukrayna Ali Radasına keçirilən növbədənkənar seçkilərin ilkin nəticələrinə əsasən avrointeqrasiyaya tərəfdar olan Qərbyönlü və millətçi siyasi qüvvələr böyük üstünlüklə qalib gəliblər.
APA-nın xəbərinə görə, Ukrayna Mərkəzi Seçki Komissiyası səsvermədə seçicilərin 52,42%-nin iştirak etdiyini açıqlayıb. MSK oktyabrın 27-də səhər saatlarına qədər proporsional sistem üzrə bülletenlərin 25,71%-ni hesablayıb. İlkin nəticələrə əsasən 6 siyasi partiya və blok 5 faizlik minimum baryeri aşaraq parlamentdə təmsil olunmaq hüququ qazanıb:
Xalq Cəbhəsi – 21,67%, Petro Poroşenkonun bloku – 21,63%, "Özünəyardım” Birliyi – 9,62%, "Müxalifətçi blok” – 9,57%, Radikal Partiyası – 7,62%, "Batkivşina” – 5,87%.
.