Ukraynanın Çerniqov şəhərində etirazçılar vilayət şurasının binasını ələ keçiriblər.
Yenizaman.az yerli mətbuata istinadən verdiyi məlumata görə, müxalifət tərəfdarlarının binaya daxil olmasına heç kimi maneəçilik törətməyib.
Deputat Ruslan Marsinkiv bəyan edib ki, bundan sonra vilayət şurasının binasında Xalq Şurası yerləşəcək. O, etirazçıları binanın otaqlarına yerləşməyə çağırıb.
.