Ötən sutka ərzində iki ukraynalı hərbçisi həlak olub, daha səkkiz nəfəri yaralanıb.

Virtualaz.org UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu antiterror əməliyyatları üzrə Ukrayna prezident administrasiyasının spikeri Andrey Lısenko deyib.

"Ötən sutka ərzində döyüş əməliyyatları nəticəsində iki ukraynalı hərbçisi həlak olub, altı nəfər yaralanıb. Daha iki əsgərimiz partlayıcı qurğunun işə düşməsi nəticəsində yaralanıblar”, - Kiyevdə keçirilmiş brifinqdə o deyib.

Lısenko dəqiqləşdirib ki, iki hərbçi Luqansk vilayətinin Novoaydar rayonunun Lopaskino qəsəbəsində mikroavtobusun fuqasla partladılması nəticəsində həlak olub.
.