Çin sədrinin müavini Han Çjen noyabrın 6-dan 12-dək Türkiyə və Gürcüstana səfər edəcək.
Bu barədə "Report" Çinin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Nazirlikdən bildiriblər ki, Han Çjen Türkiyəyə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Liderlər Sammitində iştirak etmək üçün Çin sədri Si Cinpinin xüsusi nümayəndəsi qismində yola düşəcək.
Bundan başqa, o, Gürcüstana da səfər edəcək.
Qeyd edək ki, COP31 Liderlər Sammiti 2026-cı il noyabrın 11-12-də Antalyada keçiriləcək. BMT-nin iqlim dəyişikliyi üzrə əsas konfransı isə noyabrın 9-20-də baş tutacaq.
.
